Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının100 illiyi münasibətilə “Azərmarka” poçt markası buraxıb.
“Azərmarka” MMC-dən verilən məlumatına görə, görkəmli aktrisanın yubileyi münasibətilə hazırlanan poçt markası 21 may 2020 tarixindən etibarən 300 000 tirajla buraxılıb, poçt markasının rəssamı Vüqar Əyyubovdir.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə imzaladığı sərəncama əsasən, Mədəniyyət Nazirliyi yubiley tədbirləri həyata keçirəcək.