Leysan yağışlar can aldı: 6 ölü, 100-dən çox yaralı var

0
200

Yunanıstanda leysan, dolu və fırtına tələfat törədib.

Terefsiz.az xəbər verir ki, nəticədə, 6 nəfər həlak olub, 108 nəfər yaralanıb.

ERT telekanalının xəbərinə görə, ölənlərin hamısı Çexiya, Rumıniya və Rusiyadan gələn turistlərdir. Onlardan ikisinin azyaşlı olduğu bildirilir.

Leysan yağışların davam etdiyi Selanik bölgəsində fövqəladə vəziyyət elan olunub. Çox sayda yanğınsöndürən və mülki müdafiə komandaları bölgəyə yönləndirilib.

İctimai Təhlükəsizlik naziri Mixalis Hrisohoidis bildirib ki, güclü külək və fırtına insanların ölümünə səbəb olub.

İstinad: Publika.az

Terefsiz.az