LG şirkəti daha bir 3 ekranlı qatlana bilən smartfon modelinin patentini əldə etdi

0
254

 Terefsiz.az saytı xəbər verir ki, dünən LG şirkəti daha bir qatlana bilən smartfon modelinin patentinin təsdiqini əldə etdi.

Bu barədə Letsgodigital saytına istinadən Gagadget saytı xəbər verib.

Patent fotolarından görmək olar ki, qatlana bilən smartfon modeli Samsung şirkətinin Galaxy Fold smartfonuna bənzəyir. Lakin Galaxy Fold-dan fərqli olaraq LG şirkətinin əldə etdiyi yeni patentdəki qatlana bilən modeli Z-Fold sisteminə sahibdir.

Yəni smartfonun üçüncü ekranı cihazın ön panelinin üzərinə yerləşdirilir. Bu üsul ilə isə lazım olduğu halda smartfon ekranını 3 dəfə genişləndirmək olar.

Fotolarda əks olunmuş smartfon modeli USB də daxil olmaqla heç bir digər girişə sahib deyil.

Ola bilər ki, smartfon yalnız naqilsiz şarj texnologiyası ilə təchiz olunsun. Yaxın gələcəkdə çətin ki, biz LG şirkətindən bu cür smartfonun satışını görək.

Lakin buna baxmayaraq, sözügedən patentdəki smartfon çox maraqlı görünür.

Terefsiz.az