Liberiyada məktəbdə yanğın olub, 28 nəfər ölüb

0
204

Liberiyanın paytaxtı Monroviya yaxınlığındakı Peynsvilla rayonunda məktəblərdən birində baş verən yanğın nəticəsində iki müəllim və azı 26 şagird ölüb.

Terefsiz.az “Hurriyet”ə istinadən xəbər verir ki, ölənlərin sayının artacağı istisna olunmur.

Hadisənin səbəbi hələlik məlum deyil.

Liberiya prezidenti Corc Vea “Twitter” səhifəsində ölənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.