Lirə, rubl və lari sürətlə ucuzlaşır – Manatı nə gözləyir? – PROQNOZ

0
392

Dünyada baş verən siyasi-iqtisadi proseslər Azərbaycanın yerləşdiyi regiona da təsirsiz ötüşmür. Belə ki, son bir ayda Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan və İranın milli valyutası ucuzlaşmağa başlayıb. Hətta ötən gün türk lirəsi tarixində ilk dəfə dollar qarşısında rekord həddə ucuzlaşıb. Avro isə 10 lirə səviyyəsini test edib. Rusiyada dollar 80, avro isə 94 rubla qədər yüksəlib. Qonşu ölkələrin valyutalarının dəyərsizləşməsi həmin ölkələrlə geniş ticarət əlaqələrinə malik Azərbaycanda manatla bağlı vəziyyəti gündəmə gətirir.

 

ABŞ-ın Rutgers Universitetinin professoru, iqtisadçı ekspert Qubad İbadoğlu “MediaPost”a müsahibəsində mövzunu şərh edib: