Litva səfiri: “Naxçıvanla əlaqələrin inkişafına mühüm əhəmiyyət veririk”

0
191

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Tallbov Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb.

Teeefsiz.az Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ali Məclisin sədri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib və Naxçıvana səfərinin əhəmiyyətini vurğulayıb.

Muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdiyini diqqətə çatdıran Vasif Talıbov Naxçıvan Muxtar Respublikası ilə Litva arasında kənd təsərrüfatı, təhsil və turizm sahələrində əməkdaşlıq üçün potensialın olduğunu bildirib.

Səfir Eqidius Navikas Azərbaycanda diplomatik fəaliyyətə başlaması və Naxçıvana səfərindən məmnunluğunu ifadə edib, Litva və Azərbaycan arasındakı mövcud əlaqələrdən danışıb. Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini bildirən diplomat bu sahədə səylərin artırılacağını qeyd edib.