Livandan İsrailə çoxlu raket atılıb, XİN başçısı xəbərdarlıq edib

0
78

“Heç kim bizi sınamasın, ölkəmizi, xalqımızı müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcəyik”.

“Terefsiz.az” xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen tviterdə yazıb.

O bildirib ki, İsrail cənubdan və şimaldan raket təhlükəsi ilə üz-üzədir: “Beynəlxalq ictimaiyyəti İsrailə qarşı hücumlara görə məsuliyyət daşıyanlara qarşı açıq bəyanat verməyə çağırıram”.

Xatırladaq ki, bu gün Livandan İsrail ərazisinə çoxlu raket atılıb. Onlardan bəziləri “Dəmir günbəz” raketdən müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. İtkilər barədə məlumat yoxdur.

Qeyd edək ki, 2021-ci ilin avqustundan bəri Livandan belə intensiv raket hücumları olmayıb.

terefsiz.az