“Liverpul” yeni transfer həyata keçirib.
Klubun rəsmi “Twitter” hesabı xəbər verir ki, “qırmızılar” 16 yaşlı Harvi Elliot ilə müqavilə imzalayıblar.
“Fulhem”dən alınan Elliotla hələlik bir illik anlaşma imzalanıb. Çünki qaydalara görə, 17 yaşına çatmamış futbolçularla uzunmüddətli anlaşmalar imzalamaq qadağandır.
Qeyd edək ki, yeniyetmə hücumçu ötən mövsüm iki göstəricidə rekord qıraraq Premyer Liqanın tarixinə düşüb.
O, “Fulhem”in heyətində üç qarşılaşmada meydana çıxaraq həm İngiltərə Premyer Liqasında, həm də İngiltərə Liqa Kubokunda forma geyinən ən gənc futbolçu rekordunu ələ keçirib.