“Liverpul” sabah məni qovsa, ağıla gələn ilk seçim Kenni olardı.

0
165

“Kenni Dalqliş və Stiven Cerrard ilk gündən mənə çox dəstək oldular”.

Terefsiz.az saytı xəbər verir ki, bu sözləri “Liverpul”un baş məşqçisi Yurgen Klopp Britaniya mətbuatına açıqlamasında deyib.

Almaniyalı mütəxəssis “Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerrardın onu əvəzləməyə ən layiq namizəd olduğunu bildirib: “Liverpul” sabah məni qovsa, ağıla gələn ilk seçim Kenni olardı. Amma yəqin ki, “Reyncers”dən Stiveni gətirərdilər. Əgər məndən yerimə kimin gəlməsini soruşsanız, Cerrardı seçərdim. Ona nə vaxt istəsə, kömək edərəm”.

Qeyd edək ki, həm Kloppun, həm də Cerrardln klubu ilə 2022-ci ilə qədər müqaviləsi var.

Terefsiz.az