“Liverpul”un veteranı ÇL-nın finalı naminə evsiz insanlarla gecələməli oldu
“Liverpul”un və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Con Barns Çempionlar Liqasının final oyununa necə getdiyi barədə açıqlama verib.
“Liverpool Echo” – a istinadən Terefsiz.az saytı xəbər verir ki, Madridə birbaşa aviareys olmadığından 55 yaşlı Barns öncə Yunanıstana, sonra İspaniyaya getməli olub.
O, Barselonada vağzalda evsiz insanlarla gecələmək məcburiyyətində qaldığını da bildirib.
Qeyd edək ki, Madriddə keçirilən Çempionlar Liqasının finalında “Liverpul” “Tottenhem” üzərində 2:0 hesablı qələbə qazanıb.
Terefsiz.az