Liviya rəsmi olaraq Türkiyədən hərbi yardım istədi.

0
209

Terefsiz.az saytı xəbər verir ki, Liviya milli hökuməti Türkiyədən rəsmi olaraq hərbi yardım istəyib.

Reuters-in yaydığı məlumata görə, rəsmi Tripoli “havadan, qurudan və dənizdən yardım” xahişi edib.

Qeyd edək ki, Liviya hökuməti paytaxt Tripoli uğrunda döyüşlərin şiddətlənəcəyi halda, Türkiyədən rəsmi şəkildə hərbi dəstək istəyəcəyini açıqlamışdı.

Terefsiz.az