Liviyada vətəndaş müharibəsi davam edir – Çoxlu sayda ölənlər var
Liviyanın paytaxtı Tripolidə hökuməti qüvvələri ilə və Marşal Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu arasında silahlı toqquşmalar nəticəsində ən az 21 nəfər həlak olub.
Terefsiz.az RİA Novosti – yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, BMT nümayəndəliyi zərərçəkmişlərin evakuasiya edilməsi üçün münaqişə tərəflərinə iki saatlıq atəşkəsə əməl etməyi tələb edib.
Qeyd edək ki, Qəddafinin süqutundan sonra ölkədə böhran davam edir. Ölkənin cənub hissəsinə Xəlifə Həftar, şimal hissəsinə isə hökumət qüvvələri nəzarət edir.
Ərəb dünyasının dəstəklədiyi X.Həftar BMT-nin xətti ilə yaradılmış milli birlik hökumətini zor gücünə buraxmağı planlaşdırır. Bu hərbi kampaniyanı feldmarşal “Tripolinin azadlığı uğrunda əməliyyat” adlandırıb. Bu əməliyyat Müəmmar Qəddafının 2011-ci ildə öldürülməsindən bəri davam edən hakimiyyət uğrunda çəkişmələri daha da kəskinləşdirib.
Tripolidə isə qanuni hökumətin müdafiəsi üçün özünümüdafiə qüvvələri toplanır.
Terefsiz.az