Luizina ştatının içməli suyunda beyini gəmirən amöb yenidən aşkar edilib

0
170

Luizina ştatının Terrebonn dairəsinin içməli suyunda potensial ölüm təhlükəli amöb aşkar edilib. Bu, 4 il ərzində artıq üçüncü dəfə baş verir. “Neqleriya Foulera” adlanan dəhşətli birhüceyrəli parazit ilk dəfə 2015-ci ildə Yeni Orleandan bir saatlıq məsafədə yerləşən elə həmin dairənin içməli suyunda aşkar edilib.

Dairədəki bütün içməli su mənbələri, o cümlədən çay və hovuzlardakı, habelə duş və vanna qəbul etmək üçün istifadə olunan su potensial amöb daşıyıcısıdır.

Terefsiz.az xəbər verir ki, dairənin yaşayış məntəqələrinin su təchizatını təmin edən “Consolidated Waterworks” şirkətinin təmsilçisi Maykl Sobert cümə günü bildirib ki, su “içmə üçün tamamilə təhlükəsizdir”. O əlavə edib ki, dairə sakinləri sadəcə suyun burunun içinə düşməsindən ehtiyat etməlidirlər.
Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzinin nümayəndələri bildiriblər ki, “Neqleriya Foulera” ilə bağlı infeksiya adətən insanlar amöb yaşayan göl və çaylarda üzəndə, yaxud parazit onların burnunun içinə düşəndə yaranır. Amöblə çirklənmiş su, sadəcə, içiləndə təhlükəli deyil.
Burun vasitəsilə isti insan bədəninə düşən amöb bədənin formasını dəyişir. Naməlim mühitə düşən “Neqleriya Foulera” özünə qida axtarır. O, iybilmə sinirində dolaşarkən neyronlar yumağına rast gəlir və onun içinə girir. Bu səbəbdən insanın immun sistemi leykositləri paraziti məhv etməyə yönəltməklə ondan qurtulmağa çalışır. Məhz bu da beyində şişə və bərpası mümkün olmayan zədələnmələrə gətirib çıxarır. Bu ölümcül infeksiya birincili amöb meninqoensefaliti adı ilə məşhurdur. Bu xəstəlik viruslu və bakterial meningitə bənzəyir. Yalnız parazitin sudan daxil olması və beyini gəmirməsi istisna təşkil edir. Parazit həm də bu səbəbdən son dərəcə təhlükəlidir ki, onu aşkar etmək çox çətindir.
Terrebonn dairəsinin hakimiyyət orqanları xloramin əvəzinə amöblərin məhv edilməsində daha səmərəli olan azad xlordan istifadə olunmasına göstəriş veriblər. Lakin bu, yaz aylarında bu rayonda temperaturun yüksəlməsi nəticəsində gərginləşən və birhüceyrəli orqanizmin çoxalmasına şərait yaradan problemin müvəqqəti həllidir. Ötən ilin iyununda Terrebonn dairəsinin su təchizatı sistemi yanğın hidrantındakı suyun tərkibində “Neqleriya Foulera” amöbü aşkar edib.

İstinad: Azertac

Terefsiz.az