Lukaşenko: Biz Bakı ilə ayaqlaşa bilməyəcəyik

0
311
???

Lukaşenko: Biz Bakı ilə ayaqlaşa bilməyəcəyik

Terefsiz.az saytı xəbər verir ki, Minskdə Avropa Oyunlarının keçirilməsi üçün tikilən bütün idman obyektləri artıq yarışlara hazırdır.

Belorus KİV-nin yaydığı məlumata əsasən, belə bir bəyanatla dövlət başçısı Aleksandr Lukaşenko çıxış edib.

“Biz əlbəttə ki, təşkilati, sərvət və digər bu kimi məsələlərdə Bakı, Azərbaycan ilə ayaqlaşa bilməyəcəyik. Lakin biz bu yarışlara bütün qəlbimizi, ruhumuzu qoymalıyıq. Bizim Olimpiada ən səmimi olmalıdır. Bütün Belorus əhli bu Olimpiada ilə yaşamalı, bu bayramın ölkəyə onların gətikdiklərini  və bunun üçün əlindən gələni etdiklərini dərk etməlidir. Səmimiyyət bizim mentalitetimizə xasdır. Bu, bizim xalqımızın genindədir”, -deyə Lukaşenko bildirib.

Terefsiz.az