Məktəblini fiziki qüsurlu şəxslə evləndirmək üçün qaçırdılar – Polis şübhəlini yaxaladı

0
206

Goranboy rayonunda qaçırılan 11-ci sinif şagirdi tapılıb.

Terefsiz.az saytı  oxu.az – a istinadən xəbər verir ki, rayonun Hazırəhmədli kəndində qaçırılan 16 yaşlı E.M. ailəsinə təhvil verilib. 

Polisin apardığı axtarış nəticəsində məlum olub ki, qız qaçırılaraq Ağstafa rayonuna aparılıb. Qızı qaçırmaqda şübhəli bilinən İlqar Mehdiyev saxlanılıb.

Qeyd edək ki, sentyabrın 17-də E.M. mağazadan qayıdarkən Hazırəhmədli və Ağamalıoğlu kənd sakinləri tərəfindən fiziki qüsurlu oğlanla evləndirilmək məqsədilə qaçırılıb.

Terefsiz.az