“Məmməd Əmin Rəsulzadə” adlı gəmi ilə “Doric Warior” gəmisi toqquşub.
Terefsiz.az saytı xəbər verir ki, DHA-nın məlumatına əsasən, bir müddət əvvəl “Palmali” şirkətlər qrupu tərəfindən açılışı edilən və ilk səfərinə çıxan, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin adı verilən gəmi Türkiyənin Zeytinburnu sahillərində hələlik bilinməyən səbəbdən Liberiya bayrağı altında üzən “Doric Warrior” gəmisi ilə toqquşub.
Qəzaya sahil mühafizə xidməti və sahil təhlükəsizlik xidməti müdaxilə edib.
Qəza nəticəsində ölən və yaralanan olmasa da, gəmilərə ciddi ziyan dəydiyi məlum olub. İki gəminin toqquşması nəticəsində “Məmməd Əmin Rəsulzadə” gəmisinin kapitanı “batırıq” deyə yardım çağırışı edib.
Əraziyə xilasedicilər cəlb edilib. Hazırda Rəsulzadənin adını daşıyan gəmi batmaq təhlükəsi ilə üzləşib. Gəminin göyərtəsini su basdığı və batmaq üzrə olduğu bildirilir.
Hadisə ilə əlaqədar limanda digər gəmilərin işi dayandırılıb.
Terefsiz.az