Mərc reklamına çəkilən futbolçu cəzalandırıldı

0
239
İngiltərə Futbol Federasiyası Everton-un futbolçusu Yerri Minanı cəzalandırıb.

Terefsiz.az xəbər verir ki, 24 yaşlı kolumbiyalı futbolçu ölkəsində fəalliyyət göstərən bukmeker kontorunun reklamına çəkilib.

Müdafiəçinin bu addımı cəzasız qalmayıb. İngiltərə Futbol Federasiyası Kolumbiya yığmasının üzvünə 10 min funt-sterlinq cərimə kəsib. Federasiya tərəfindən Minaya ciddi xəbərdarlıq olunub.

Everton-un müdafiəçisi daha sərt cəzaya məruz qala bilərmiş. Açıqlamada bildirilir ki, Minanın da iştirakı ilə çəkilən reklam çarxı ispan dilində olub, xəbərdarlıq edilən kimi də dərhal yayımdan qaldırılıb. Üstəlik, futbolçu bu çarxa çəkildiyinə görə heç bir gəlir əldə etməyib, xətasını qəbul edərək dərhal üzr istəyib. Bütün bunlar onun cəzasını yüngülləşdirib.

Kolumbiya yığmasında 20-dən çox oyun keçirən Mina Everton-a 2018-ci ildə Barcelona-dan transfer olunub.