Mərkəzi banklar qızıl almaqda rekord vurublar

0
766

Mərkəzi banklar qızıl almaqda rekord vurublar

Dünya ölkələrinin mərkəzi bankları 2019-çu ilin I rübü ərzində altı illik rekordu tezələyərək ümumi 145,5 ton qızıl alıblar.

Terefsiz.az saytı “World Gold Council” (WGC) təşkilatına istinadən xəbər verir ki, qızıl alınmasında liderlik Rusiya Mərkəzi bankına məxsusdur.

Rusiya bankı 55,3 ton qızıl alaraq ehtiyyatlarını 2168,3 tona çatdırıb.

Hesabat dövrü ərzində Türkiyə, Ekvador, Qətar, Kolumbiya və Qazaxstan Mərkəzi bankları qızılın əsas alıcıları olub.

Özbəkistan, Tacikistan və Monqolustan Mərkəzi bankları isə qızılın əsas satıcılarına çevrilib.

Terefsiz.az