Məşhur aktrisanın həyat hekayəsi – Anası onu 15 yaşında satdı, təcavüzə məruz qaldı…

0
203

Dünya şöhrətli aktrisa Demi Mur anasının razılığı ilə zorlandığını etiraf edib.

Terefsiz.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 56 yaşlı kino ulduzu Dayan Soyerin “Good Morning America” adlı televiziya şousuna qonaq olarkən şok etiraflar edib. Demi Mur uşaqlığı boyu daim köçmək məcburiyyətində qaldıqlarını və həyatının ən xaotik dövrlərdən birini bu mərhələdə yaşadığını dilə gətirib.

15 yaşında təcavüzə məruz qalan Demi Murun sözlərinə görə, anası Virciniya Kinq bara gedərkən 18 yaşı tamam olmayan qızını da özü ilə birlikdə aparıb. Bu hadisəni kitabında təsvir edən aktrisa bildirib ki, barda zorlanıb. Aktrisa anasının gözü qarşısında zorlandığını bu hadisə qarşılığında pul aldığını söyləyib.
Bir gecə bardan qayıdanda anası qızını ondan yaşca xeyli böyük kişiyə 500 dollar müqabilində satıb. Aktrisa hadisənin təfərrüatlarını kitabinda açıq şəkildə qələmə alıb və anasının baş verənlərə göz yumduğunu xüsusi qeyd edib.

Yeni Meksikada dünyaya gələn Demi Murun atası onu və anasını körpə ikən tərk edib. Demi Mur anasının dəfələrlə onu öldürməyə çalışdığını da danışıb.
Xatırladaq ki, Demi Mur bu yaxınlarda özündən 15 yaş kiçik keçmiş həyat yoldaşı Eşton Katçerin onu üç nəfərlə birlikdə cinsi əlaqəyə məcbur etdiyini söyləmişdi.

Terefsiz.az