Məşhur jurnal həkimlərlə həmrəyliyini nümayiş etdirdi

0
119

ABŞ-ın məşhur “Vogue” jurnalı tarixində ilk dəfə bəyaz üz qabığı ilə çap edilib.

REN TV xəbər verir ki, “Vogue” növbəti buraxılışında “L’Uomo” brendi ilə əməkdaşlığını nümayiş etdirən şəkli jurnalın üz qabığına yerləşdirməyi nəzərdə tutub. Lakin nəşrin rəhbərliyi pandemiya dövründə məşhur brendlərin reklam edilməsini oxuculara ehtiramsızlıq kimi qiymətləndirib.

“Vogue” jurnalının baş redaktoru Emanuel Farnetti bildirib ki, jurnalın üz qabığındakı bəyaz rəng hər gün insanların həyatını xilas edən həkimlərin xüsusi geyim formasını simvolizə edir.

istinad:oxu.az