Məşhur müğənni çəhrayı pijama ilə küçəyə çıxdı – FOTO

0
193

Castin Biber – Hayli Baldvin Biber cütlüyü ötən gün Beverli Hillsdə kameraların hədəfinə çevriliblər.

Terefsiz.az xəbər verir ki, 25 yaşlı Biberin üzərində aya fiqurlu naxışlar olan çəhrayı pijaması diqqət cəlb edib. Elə yoldaca pijamasının üstündən çiyələk təsvirli sviter geyinən repçi yağışdan qorunmaq üçün başına çəhrayı papaq da qoyub.

Haylinin krem rəngli enli geyimi də diqqət çəkib.

Məşhurlar maraq dolu baxışları və fotoqrafların cəhdlərini ciddi qəbul etməyərək, yollarına davam ediblər.

istinad:oxu.az