Məzahir Pənahov bəzi namizədlərə xəbərdarlıq etdi

0
138

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deputatlığa namizədlərə xəbərdarlıq edib.

TEREFSİZ.AZ -ın xəbərinə görə, MSK sədri bildirib ki, deputatlığa namizədlərin hər biri seçkiqabağı təşviqat kampaniyası zamanı özünün görəcəyi işlər barədə məlumat verməlidir.

“Namizədlərin bir-birinin heysiyyatına toxunan addımları qəbuledilməzdir”, – deyə M.Pənahov əlavə edib.

O deyib ki, seçkiqabağı təşviqat zamanı deputatlığa namizədlər öz qələbəsini başqasının məğlubiyyəti üzərində qurmamalıdır:

“Bir namizədin hansısa formada digər namizədə qarşı kampaniya aparması yolverilməzdir. Bu, qanuna ziddir. Bu cür namizədlərə xəbərdarlıq edilməlidir”.