Mədə və bağırsaqdakı narahatlığı ən tez aradan qaldıran EFFEKTİV ÜSULLAR

0
272

Mədədə şişkinlik, adətən, yemək yedikdən sonra yaşansa da, əslində, ciddi xəstəliklərin xəbərçisi ola bilər.

Terefsiz.az xəbər verir ki, qəbul edilən qidalara görə mədədə qaz və ya turşu miqdarı arta bilər. Bu da şişkinliyə səbəb olur. Bu vəziyyət də narahatlıq yaradır.

Simptomları:

Bulantı

Qusma hissi

Hərəkət etməkdə çətinlik

Bağırsaqların boşalmasında çətinlik

Tərləmə

Qarında şiddətli ağrı

Mədədə ağrı və şişkinlikdə qurtulmaq üçün bir neçə metod var.

ANANAS

Tərkibindəki “bromelain” sayəsində mədədəki protein səviyyəsini artırır və mədənin qidaları daha rahat həzm etməsinə kömək edir. 80%-i sudan ibarət olan ananas mədəni xəstəliklərə qarşı qoruyur.

CƏFƏRİ

Hər yeməkdə istifadə olunması gərəklidir. Şişkinliyə səbəb olan qaz problemini və qəbzliyi aradan qaldırır.

ZƏNCƏFİL

Yüksək dərəcədə uçucu yağı olan zəncəfil, eyni zamanda, zəngin vitamin qaynağıdır. Zəncəfil mədədəki zərərli bakteriyaları azaldır və həzmi asanlaşdırır.

NANƏ

Qaz həm mədədə, həm də bağırsaqlarda toplana bilər. Yeyilən yağlı, duzlu və ədviyyatlı qidaların ortaya çıxardığı qaz şişkinliyə səbəb olur. Aparılan araşdırmalarda sübut olunub ki, nanənin sərinlədici təsiri zərərli bakteriyaları azaldır. Gündə 1 fincan nanə çayı içmək həm mədəni, həm bağırsaqları rahatlaşdırır.

RAZYANA ÇAYI

Gündə iki fincan bu çaydan içmək həzmi yaxşılaşdırır.

XİYAR

Bədəndən toksinlərin atılmasına kömək edir. Mədədəki turşuluq səviyyəsini balanslaşdırır.

SODA VƏ LİMON

Ağır yeməklərdən sonra mədənin şişkinliyini aradan qaldırır.

– Yarım fincan ilıq su

– Yarım limonun suyu

– Bir çay qaşığı soda

Bunları qarışdırıb 2 dəqiqə gözlədin. Yeməkdən yarım saat sonra için.

İstinad: Publika.az

Terefsiz.az