1 fevral 2020-ci ildə Azərbaycan Milli QHT Forumunun ofisində ənənəvi “Açıq Qapı” günü keçirildi. Tədbirə həvəskar, peşəkar, fotoqrafiya sənətini sevənlər iştirak edirdilər.
Terefsiz.az bildirir ki, “Məhəlləmiz” yanvar ayının fotomüsabiqəsinin qalibləri tədbir iştirakçıları tərəfindən gizli səsəvermə yolu ilə seçildi.
“Məhəlləmiz” aylıq müsabiqənin Mobiloqrafiya üzrə nəticələri:
I yer Tural Cəfərov
II yer Rüstəm Hüseynov
III yer Vüsalə Zeynalova.
“Məhəlləmiz” aylıq müsabiqənin nəticələri:
I yer İlham Mustafayev
II yer Əzim Mehdiyev
III yer Rüstəm Hüseynov və Coşqun Süleymanov
Rüstəm Hüseynov ağ-qara “Küçə fotoqrafiyası” təqdim etdi. Azərbaycan və dünyanın başqa ölkələrindən olan fotolarını nümayiş etdirdi və yaranan suallar ətrafında fikir mübadiləsi aparıldı.
Mirnaib Həsənoğlu “Faciənin fotosu” sənədli film haqda məlumat verdi və filmdən fraqmentlər nümayiş olundu.