Məhkumlarla görüşlər və sovqat qəbuluna qoyulan məhdudiyyətlə bağlı RƏSMİ AÇIQLAMA

0
125

“Koronavirus təhlükəsi ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərlə görüşlərin və sovqat qəbulunun məhdudlaşdırılması ilə bağlı qərar hələ qüvvədədir”.

Bu barədə Terefsiz.az-a açıqlamasında Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

O qeyd edib ki, ölkədə koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə cəzaçəkmə müəssisələrində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir.

M.Sadıqov deyib ki, məhdudlaşdırmanın nə zaman aradan qaldırılacağı barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Çinin Uhan əyalətində aşkarlanan koronavirus (COVID-19) təhlükəsi qısa zamanda bir çox ölkələrə yayılıb. Ən son məlumata görə, Azərbaycanda 10 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb.

İlhamə Əbülfət

istinad:oxu.az