Hollivud prodüseri Harvi Vaynşteyn məşhur aktrisa Cenifer Enistonu öldürməklə hədələyib.
Bu barədə “Variety” xəbər yayıb.
Məlumata görə, “The National Enquirer” saytının jurnalisti 2017-ci ildə kinematoqrafçı ilə əlaqə saxlayaraq, Enistona qarşı təcavüz iddiaları ilə bağlı söz-söhbəti şərh etməsini istəyib.
“Cen Eniston öldürülməlidir”, – deyə Vaynşteyn ona cavab yazdığı elektron məktubunda bildirib.
Bununla belə, Enistonun nümayəndəsi aktrisanın prodüserə qarşı heç bir ittiham irəli sürmədiyini deyib.
istinad:oxu.az