Ötən əsrin 60-cı illərinin ən populyar rus (Sovet) yazıçılarından biri Vasili Belovun “Olan işdi” (“Privıçnoye delo”) romanı Azərbaycanda nəşr olunub.
Əsəri azərbaycan türkcəsinə tanınmış yazıçı Elçin Hüseynbəyliçevirib. Ön sözündə tərcüməçi bir neçə il öncə daha bir məşhur rus yazıçısı Andrey Platonovun hekayərini dilimizə çevirdiyini xatırladır və yazır: “Andrey Platonov mənimçün üzslub hadisəsidirsə, Vasili Belov dil hadisəsidir, çox çətin olsa da, mən onları məmnuniyyətlə dilimizə çevirdim və azərbaycanca adekvat variantlarını axtarmağa çalışdım…”
Kitabı “Xan” nəşriyyatı nəfis dizayn və tərtibatla çap edib və təqdimatını planlaşdırır.
Qeyd edək ki, kitab Mədəniyyət Nazirliyinin təsis etdiyi “Qızıl kəlmə” mükafatına tərcümə nominasıyisa üzrə təqdim edilib. Yeni nəşri şəhərimizni kitab mağazalarından əldə etmək olar.