Məşhur Türkiyə şirkəti “Azərlotereya”nı idarə edəcək. ( Ətraflı məlumat linkdə )

0
187

TEREFSİZ.AZ saytı xəbər verir ki, Türkiyənin “Dəmirörən Şans Oyunları Yatırımları AS” adlı dövlətə məxsus şirkət bundan sonra “Azərlotereya” şirkətini də idarə edəcək.

 

“Bloomberg” yazır ki, yanvarın 16-da Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam da imzalayıb.

 

Sərəncama əsasən, “Dəmirörən Şans Oyunları Yatırımları AS”-nin törəmə şirkəti olan “YMT Sans BV” növbəti 5 ay ərzində “Azərlotereya”-nı idarə etməyə başlayacaq.

 

Xəbərdə deyilir ki, Azərbaycan dövlət və özəl tərəfdaşlıq yolu ilə oyun sənayesini inkişaf etdirmək üçün investisiya və yeni texnologiya cəlb etməyə çalışır.

İstanbulda yerləşən “Dəmirörən” və onun İtalyadakı ortağı “Sisal SpA” həmçinin, 2019-cu ildə Türkiyənin milli lotereyası olan “Milli Piyango”-nu idarə etmək üçün elan edilmiş tenderi də qazanıb.

 

TEREFSİZ.AZ