Mətbəxində sərvət dəyərində olan tablonun fərqində deyilmiş.

0
175

Parisdə yaşayan yaşlı qadının evindəki tablonun sərvət dəyərində olduğu aşkarlanıb.

Terefsiz.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, illərdir mətbəxinin divarında asılan tablonu mütəxəssislərə aparıb. Əsər üzərində bir sıra testlər aparıldıqdan sonra onun 13-cü əsrdə yaşayan məşhur florensalı rəssam Cimabueyə aid olduğu bildirilib.

Tablonun dəyərinin 6 milyon avro olduğu bildirilir. Adının açıqlanmasını istəməyən qadın onu hərracda satacağını bildirib.

TEREFSİZ.AZ