Mətbuat işçiləri bu qaydada işləməlidir – TƏBİB sədri AÇIQLADI

0
164

“Mətbuat işçilərinin evdən işləməsi tövsiyə olunur”.

Terefsiz.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı qeyd edib.

Ramin Bayramlı vurğulayıb ki, KİV nümayəndələri evdən işləməlidir:

“Verilişlərə dəvət olunacaq şəxslərlə müsahibə və reportajlar onlayn şəkildə həyata keçirilməlidir. İstisnaya ehtiyac olacaqsa, Operativ Qərargahdan icazə alınmalıdır. Eyni zamanda vətəndaşlarımız iki gün evdə olacağına görə, televiziya və radioda yayımlanan verilişlərin daha maraqlı olmasına ehtiyac var”.