Macarıstan 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edib

0
160

Macarıstan 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edib.

Bu barədə Terefsiz.az Təhsil Nazirliyindən aldığı məlumata istinadən bildirir.

Təqaüd proqramı Azərbaycan Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2017-ci il dekabrın 7-də imzalanan “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir.

Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunan ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub.

Təqaüd proqramına sənəd qəbulu 3 yanvar 2020-ci il saat 23:59-a kimi aparılacaq.

Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2020-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

istinad:report.az