Mahnının sözlərini bilmədiyi üçün döyülən musiqiçi öldü

0
67

Türkiyənin Ankara şəhərinin Çankaya səmtindəki bir əyləncə məkanında 3 nəfər mübahisə etdikləri musiqiçi Onur Şeneri tələb etdikləri mahnını bilmədiyi üçün ağır yaralayıb.

“Terefsiz.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, musiqiçi aparıldığı xəstəxanada dünyasını dəyişib.

Ankara Təhlükəsizlik Müdirliyi hadisə ilə əlaqədar 3 nəfəri nəzarətə götürüb.

Polis bölməsində şübhəlilərin istintaqının davam etdiyi bildirilib.

terefsiz.az