İrlandiyalı döyüşçü Konor Makqreqor Donald Serrone ilə görüşdən 78 milyon dollar (132 milyon manat) qazanc əldə edib.
Məlum olub ki, 40 saniyə davam edən qarşılaşmanın hər saniyəsinə görə döyüşçü 1 milyon 950 min ABŞ dolları qazanıb.
Terefsiz.az “Ladbible” nəşrinə istinadən yazır ki, K.Makqreqorun döyüşdən rəsmi qazancı üç milyon dollardır.
Qonorarın digər hissəsi döyüşü yayımlayan şirkətlər tərəfindən ödənilib.
istinad:oxu.az