- Tez və asan hazırlanan salatlar ac olduğumuz zaman bizim əsas xilaskarımızdır.Bu salat isə göbələk sevənlər üçün əsl xoşbəxtlik olacaq.
Tərkibi
300 qr mal əti
300 qram şampinyon göbələyi
3 ədəd turşu xiyar
1 ədəd böyük soğan
1 ədəd yerkökü
Duz və mayonez (istəyə görə)
Qızartmaq üçün duru yağ
Hazırlanma qaydası
- Mal ətini suda bişiririk. Mal əti bişənə kimi yağda göbələkləri qızardırıq. Başqa bir tavada isə soğan və yerkökünü qızardırıq
- Bişmiş mal ətini və turşu xiyarı uzunsov doğrayırıq. Digər indiqrientlərlə qarışdırırıq.
- Daha sonra duz və mayonez əlavə edirik.
Qeyd: Salatı hazırlayarkən istəyə uyğun olaraq bütün indiqrientləri sırayla düzüb mayonezləyə də bilərsiniz.
- Terefsiz.az