“Mançester Siti” 1/8 finala vəsiqəni təmin edib, “Milan” “Çelsi”yə uduzub

0
80

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 6 oyunu keçirilib.

“Terefsiz.az”ın məlumatına görə, bugünkü matçlardan sonra pley-off-a vəsiqə qazanan ilk komanda bəlli olub.

G qrupunda çıxış edən İngiltərənin “Mançester Siti” komandası Danimarkada “Kopenhagen”lə qolsuz heç-heçəyə razılaşsa da, Dortmund “Borussiya”sının evdə İspaniya “Sevilya”sından xal alması “şəhərlilər”i vaxtından əvvəl 1/8 finala yüksəldib.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiyada Avstriya “Zaltsburq”u ilə sülh bağlayıb. 25 yaşlı forvard bu görüşdə də ehtiyatda qalıb. E qrupunun digər oyununda İngiltərənin “Çelsi” klubu İtaliyada “Milan”a 2 cavabsız qolla qalib gəlib.

Gecənin növbəti sensasiyası Polşada qeydə alınıb. Ukraynanın “Şaxtyor” (Donetsk) komandası gözlənilmədən İspaniya “Real Madrid”ini büdrədib. Daha əvvəl H qrupunda Hayfa “Makkabi”si İsraildə İtaliya “Yuventus”unu yenməklə, sürprizə imza atıb. Bu qrupun digər matçında isə PSJ Fransada Portuqaliya “Benfika”sının müqavimətini qıra bilməyib.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

11 oktyabr

E qrupu

23:00. “Milan” (İtaliya) – “Çelsi” (İngiltərə) – 0:2

Qollar: Jorjinyo, 22 (penalti). Pyer-Emerik Obameyanq, 34

Qırmızı vərəqə: Fikayo Tomori, 18 (“Milan”)

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Zaltsburq” (Avstriya) – 1:1

Qollar: Robert Lyubiçiç, 40 – Nikolas Zayvald, 12

Xal durumu: “Çelsi” – 7, “Zaltsburq” – 6, “Milan” – 4, “Dinamo” – 4

F qrupu

23:00. “Seltik” (Şotlandiya) – “Leyptsiq” (Almaniya) – 0:2

Qollar: Timo Verner, 75. Emil Forsberq, 84

H qrupu

20:45. “Makkabi” (Hayfa, İsrail) – “Yuventus” (İtaliya) – 2:0

Qollar: Omer Atsili, 7. 42

23:00. PSJ (Fransa) – “Benfika” (Portuqaliya) – 1:1

Qollar: Kilian Mbappe, 40 (penalti) – Joau Mariu, 62 (penalti)

Xal durumu: PSJ – 8, “Benfika” – 8, “Yuventus” – 3, “Makkabi” – 3

Qeyd edək ki, IV turun digər 8 oyunu oktyabrın 12-də keçiriləcək.

terefsiz.az