“Mançester Siti” İngiltərə Kubokunun 1/16 finalına çıxıb

0
196

“Mançester Siti” futbol komandası İngiltərə kubokunun 1/32 final matçında “Port Veyl” klubunu qəbul edib.

Terefsiz.az xəbər verir ki, görüş Mançesterdəki “Etihad” stadionunda baş tutub və meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab artıq 19-cu dəqiqədə açılıb — meydan sahiblərinin ukraynalı legioneri Aleksandr Zinçenko fərqlənib. Qonaqlar matçın 35-ci dəqiqəsində hesabı bərabərləşdiriblər, ancaq fasiləyə az qalmış meydan sahibləri yenə hesabda önə çıxıblar – Serxio Aquero komandasının ikinci qolunu vurub.

Qarşılaşmanın ikinci hissəsində yalnız “Mançester Siti” azarkeşlərini sevindirib – 58-ci dəqiqədə Teylor Harvud-Bellis fərqlənib, 76-cı dəqiqədə Filip Foden qonaqları 4-cü dəfə oyuna mərkəzə başlamağa məcbur edib.