MARSA-nın icraçı direktoru: “Azərbaycanda bu günə olan ən son auditoriya ölçüm texnologiyasını istifadə edirik”

0
65

“Biz Azərbaycanda bu günə olan ən son auditoriya ölçüm texnologiyasını istifadə edirik”.

Bunu MARSA şirkətinin icraçı direktoru İradə Sultanova deyib.

O bildirib ki, şirkət 2023-cü ilin yanvar ayından fəaliyyətə başlayıb və artıq üç aydır ki, televiziya ölçümü üzrə məlumatları bazara təqdim edir:

“Tam əminliklə qeyd edə bilərəm ki, biz Azərbaycanda bu günə olan ən son auditoriya ölçüm texnologiyasını istifadə edirik. Bundan başqa, Azərbaycan ilk və hələ ki yeganə ölkədir ki, ümumrespublika ölçümü aparan sistemi tam olaraq yeni tablet-meter PM7 cihazı üzərində qurulub. Bu gün PM7 cihazı dünyada televiziya ölçmələri üzrə lider olan, 70-dən çox ölkədə fəaliyyət göstərən Kantar Media-nın ən son nəsil avadanlığıdır. Hətta bu texnologiyaya yeni keçid edən ölkələrdən olan həmkarlarımız konsultasiya üçün bizə müraciət edirlər. Düşünürəm ki, bizi digər şirkətlərdən fərqləndirən ən əsas cəhətlərimizdən biri məhz budur. Biz həm ölçüm coğrafiyasını bütün Azərbaycana genişləndirdik, paneli 180-dən 950 ev təsərrüfatına böyüdüb və gücləndirdik, ən son texnologiyaları ölkəyə gətirdik, həm də ən əsası auditoriya ölçümü sahəsində Azərbaycanı beynəlxalq arenada innovativ ölkə kimi təmsil edirik. Azərbaycan və bizim layihə 2022-ci ildə auditoriya ölçümü sahəsində ən maraqlı və diqqət çəkən hadisə oldu. Bizim layihə haqqında Londonda keçirilən Kantarın Beynəlxalq Sammitində, Cənubi Afrikada keçirilən PAMRO konfransında və Fransada keçirilən ASI Beynəlxalq Konfransında çıxışlar oldu”.

Müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.

terefsiz.az