” Marsel “in yeni baş məşqçisi müəyyənləşdi
Fransanın ” Marsel ” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Terefsiz.az saytı “France Football”a istinadən xəbər verir ki, kollektiv Andre Villaş-Boaşa həvalə olunub.
42 yaşlı mütəxəssislə ikillik müqavilə imzalanıb. O, yeni klubunda illik 600 min avro qazanacaq. Portuqaliyalı məşqçinin köməkçiləri bəlli olandan sonra təyinat rəsmən elan olunacaq. Villaş-Boaş bu postda Rudi Qarsiyanı əvəzləyib.
Qeyd edək ki, “Marsel” 2018-2019 mövsümünü beşinci pillədə başa vurub. Andre Villaş-Boaş indiyədək Rusiya “Zenit”i ilə yanaşı, Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi” və “Tottenhem”, eləcə də Çinin “Şanxay” komandalarına rəhbərlik edib. O, 2017-ci ildən işsizdir.
Terefsiz.az