Masallıda 3 tona yaxın saxta yağ və süd məhsulları aşkarlanıb

0
80

Masallı rayonunda 3 tona yaxın saxta kərə yağı, qaymaq və pendir aşkarlanıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Cənub regional qrupundan məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları 1976-cı il təvəllüdlü Zahid Sadıqovun rayonun Qızılağac kəndindəki evinin yardımçı təsərrüfat otağından mənşəyi məlum olmayan 2 ton 359 kq qarışıq yağ, 90 kq qaymaq və 126 kq pendir məhsulları aşkarlayıb.

Faktla bağlı araşdırma aparılır.

terefsiz.az