Masallıda mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın lokallaşdırılıb

0
112

Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın lokallaşdırılıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Yanğından Mühafizə Xidmətinin rəisi Qabil Nemətov məlumat verilib.

O bildirib ki, yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alınıb: “Hazırda 8204 ha meşə zolağından 5,5 ha ərazi yanıb. Hadisə zamanı əsasən dəmirağacı, palıd, vələs və.s ağacları yanıb. Hazırda yanğının hansı səbəbdən baş verməsi araşdırılır. Yanğın olan ərazi tam nəzarətə götürülüb”.

terefsiz.az