Abşeron rayonunda 2 azyaşlı uşağı küçə itləri dişləyərək ağır xəsarət yetirib.
“Terefsiz.az” “Report”a istinadən xəbər verir ki, Məzunlar Evinin qarşısında 3 yaşlı Hüseynov Əkbər Aslan oğlu və 5 yaşlı Əbiliv Cəsur Vəli oğlu küçə itlərinin hucumuna məruz qalıblar.
Yaralıları bina sakinləri tərəfindən 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Müayinə zamanı hər iki azyaşlıya bədən və baş nahiyələrində çoxsaylı didilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.
Azyaşlıların valideynləri “Report”a bildiriblər ki, övladlarının vəziyyəti ağırdır.