“Mastercard” Beynəlxalq Ödəniş şirkəti Azərbaycan və Türkiyə üzrə yeni Baş direktoru təyin olunub.
“TEREFSİZ.AZ” xəbər verir ki, Türkiyə üzrə “Mastercard”ın prezidentinin köməkçisi kimi çalışan Avşar Gürdal bundan sonra şirkətin Azərbaycan və Türkiyə üzrə Baş direktoru vəzifəsini icra edəcək.
Boğaziçi Üniversitetinin Maşın Mühəndisliyi fakültəsindən məzun olduqdan sonra Koç Üniversitestində MBA dərəcəsi əldə edən Avşar Gürdal, 2015-ci ildən etibarən “Mastercard” şirkətinin əməkdaşı olaraq çalışmaqdadır.
Qeyd edək ki, karyerasına “Unilever” şirkətində başlayan Gürdal, PRG və “Value Partners” kimi şirkətlərdə çalışdıqdan sonra 2015-ci ildə “Mastercard Advisors”un tərkibinə cəlb edilib. 2016-cı ildə “Mastercard” Müştəri Xidmətləri şöbəsinin icraçı direktoru vəzifəsinə təyin edilib. 2019-cu ildən isə Gürdal “Mastercard”ın Türkiyə üzrə prezidentinin köməkçisi vəzifəsində çalışıb.
TEREFSİZ.AZ