Mebel alarkən dələduzlardan necə qorunaq?

0
179

Yorğun iş günündən, ev işləri ilə saatlarla məşğul olduqdan sonra hər birimiz rahat divanda və ya kresloda oturub dincəlmək, masa arxasında axşam yeməyində ailəmizlə əyləşmək istəyirik. Bunun üçün də bizə rahat və keyfiyyətli mebellər lazım olur.

Hər birimiz heç olmasa bir neçə ildən bir evimizdəki mebelləri yeniləmək istəyirik; bəzilərimiz bunu hazır mebellər satın alaraq etsək də, bir çoxumuz xüsusi dizaynla bizim üçün hazırlanmış mebellərə üz tuturuq. Mebel dizaynı və istehsalı ilə məşğul olan yüzlərlə şirkət və şəxs olsa da, onlar arasında etibarlı və keyfiyyətli işi ilə seçiləni tapmaq son günlərdə müşkülə çevrilib. Vətəndaşlar dəfələrlə şikayət edir ki, onların pulunu alıblar, amma ya ümumiyyətlə lazım olan mebeli təhvil verməyiblər, ya da mebel istehsaldan istədikləri kimi çıxmayıb. Bəs mebel alarkən bu kimi dələduzlardan necə qoruna bilərik?

İlk öncə, nəzərə almaq lazımdır ki, bu məsələdə ciddi məbləğdə xərc var, bu səbəbdən axtardığınız şəxs və şirkətin hüquqi arxaplanına diqqət yetirmək lazımdır. Fərdi sahibkar və ya hüquqi şəxs kimi vergi ödəyicisi olması və bu fonda aranızda bağlanan müqavilə gələcəkdəki dələduzluq hallarından, habelə digər problemlər ortaya çıxarsa məsələni hüquqi müstəviyə keçirməkdə sizə yardımçı olacaqdır.

İkinci önəmli nöqtə istəklərinizin doğru və detallı qeydə alınmasıdır. Bir çox hallarda sifarişçi istədiyi dizaynı icraçı tərəfə şifahi olaraq bildirməyi üstün tutur, icraçı da bu bildirişi heç bir qeydiyyat aparmadan mental olaraq qəbul edir (yaddaşında saxlayır), daha sonra mebelin istehsalat prosesində bəzi istəklər unudulur və nəticədə siz istədiyinizi almamış olursunuz. Buna görə də icraçıdan sifarişin detallarını yazılı qeydə alıb ikili imza və yazılı təsdiqlə razılaşma formatına gətirməsini tələb etməlisiniz. Bu gələcəkdə ortaya çıxacaq anlaşılmazlıqlarda fakt kimi istifadə olunaraq probleminizi aradan qaldırmağa kömək edəcək.

Üçüncü önəmli nöqtə isə sifarişin rəsmiləşdirilməsi və müqavilədir. İcraçı və sifarişçi arasında bağlanmış müqavilədə sifarişin detalları, qiymət və təhvil müddətinin qeyd olunması gələcəkdə ortaya çıxa biləcək problemləri rahatlıqla həll etməyə imkan verməklə bərabər, icraçı tərəfində ciddi bir məsuliyyət yaradacaqdır. Həmçinin ödədiyiniz ilkin və tam ödəniş barədə icraçıdan qəbz almağınız da önəmlidir. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulduğu kimi bu, müştərinin təbii haqqıdır, bu səbəbdən qəbz istəməkdən çəkinməyin.

Bütün bu detallarla zaman itirməmək üçün sizin köməyinizə Bestbort şirkəti çatacaq. Bestbort şirkəti illərin təcrübəsi ilə mebel dizaynı və istehsalı sahəsində ölkədəki aparıcı şirkətlərdən biridir. İstədiyiniz dizaynda mebellərin istehsalı mümkündür, ən əsası isə çatdırılma və quraşdırma isə pulsuzdur. Quraşdırılmış mebellərə isə 10 ilədək zəmanət şirkətin etibarlılığını özündə əks etdirir. Ödənişləri isə istəyinizə uyğun şəkildə nağd, taksit kartları və daxili kreditlə edə bilərsiniz.Elə indi zəng edərək arzusunda olduğunuz mebelə istədiyiniz rahatlıqda sahib ola bilərsiniz.

Əlaqə telefonu: +994 (99) 911 89 11, vebsayt; www.bestbort.az,

e-poçt:[email protected]

terefsiz.az