Meqan Markl radikal qərarı ilə bir daha təəccübləndirdi

0
92

38 yaşlı Meqan Markl öz “üsyan”ının nəticəsi olaraq böyük dəyişikliklərə hazırlaşır.

“Cosmopolitian”ın məlumatına görə, o, II Yelizavetanın və şahzadə Filipp nəslinin soyadını daşımağa hazırlaşır.

Şahzadə Harrinin xanımı kral ailəsindən uzaqlaşsa da, oğlu ilə yaxın olmaq arzusundadır. Məsələ burasındadır ki, balaca Arçi kral sülaləsinə məxsus Maunbatten-Vindzor soyadını daşıyır. Bu soyadı kralimanın titula sahib olmayan birbaşa törəmələri daşıyır.

Meqan Markl bu soyada rəsmi olaraq üzərindən kral ailəsinin üzvünün bütün səlahiyyətləri götürüldükdən sonra sahib olmağı planlaşdırır. Bunun martın 31-də baş verəcəyi gözlənilir.

Şahzadə Harrinin xanımı öz titulunu saxlayaraq Maunbatten-Vindzor soyadını daşıyan ilk şəxs olacaq.

istinad:oxu.az