Kral ailəsinin imtiyazlarından imtina etdikdən sonra Meqan Markl nişan üzüyünü və digər zinət əşyalarını çıxarıb. Bu barədə Terefsiz.az “Kosmopolitan”-a istinadən xəbər verir.
Məlumata görə, Britaniya ictimaiyyətində şok effekti yaradan bəyanatdan sonra Meqan Markl Londonda Dorfman Milli Teatrında görünüb.
İşgüzar geyimdə olan Meqanın bütün üzüklərini – həm nişan, həm də evlilik ildönümündə şahzadə Harrinin hədiyyə etdiyi sədaqət üzüyünü çıxarması diqqətdən yayınmayıb. Bundan əlavə, keçmiş aktrisa şahzadə Harrinin istəyi ilə eksklüziv dizaynla hazırlanmış məşhur üç brilliantlı nişan üzüyünü də taxmayıb. Bu üzüyün hazırlanması üçün həm şahzadə Diananın kolleksiyasındakı, həm də şahzadənin Botsvana səfərindən gətirdiyi brilliantlardan istifadə olunmuşdu.
Qeyd edək ki, şahzadə Harri və Meqan Markl altı həftəlik istirahətdən qayıtdıqdan sonra krallıq səlahiyyətlərindən imtina etmək və kral evindən maddi cəhətdən müstəqillik əldə etmək istədiklərini bildiriblər. Məsləhətləşmədən sonra verilən bu qərar Kraliça II Elizabeti və ailənin digər üzvlərini şoka salıb.