Avropa Birliyi NATO olmadan müstəqil şəkildə özünü müdafiə edəcək vəziyyətdə deyil.
Terefsiz.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel parlamentdə çıxışı zamanı deyib.
“NATO-nun saxlanması bizim üçün vacibdir. AB alyansın saxlanması, həmçinin, Türkiyənin alyansın tərkibində saxlanması üçün səy göstərməlidir”, – Merkel qeyd edib.