Messi geyim brendini yaratdı

0
185

“Barselona”nın futbolçusu Lionel Messi öz şəxsi geyim brendini yaradıb.

Terefsiz.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, bacısı Mariya Sol və məşhur dzayner Tommi Hilfiqerin bacısı Cinni Hilfiqerlə birlikdə layihənin marka meneceri olub.

Artıq  “Messi” adlı geyim markasının ilk kolleksiyası satışa çıxarılıb.Bir köynəyin qiyməti 60 dollar təşkil edir. Polo 90, üst geyim 170, sviter 130 dollardır.