İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasında 33 fərqli kluba qol vurub.
Terefsiz.az saytı xəbər verir ki, bu barədə “Gracenote Live” məlumat yayıb.
Argentinalı futbolçu 33-cü qolu UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turunda “Slaviya” ilə oyunda (2: 1) vurub.
Beləliklə, Messi “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo və “Real”ın sabiq hücumçusu Raulun rekordunu təkrarlayıb.
Çempionlar Liqasının bu mövsümündə Lionel Messi 3 oyunda 1 qol vurub.
Terefsiz.az