“Hazırda Bakı metropoliteninin Bənövşəyi xəttində qəza təlim məşq oyunu keçirilir”.
Bu barədə dünən axşam Metroda işıqların sönməsindən sonra,qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
“Tematik məşq elektrik enerjisinin verilməsinin tam məhdudlaşdırılması şəraitində Bənövşəyi xəttin stansiyaları və “Xocəsən” elektrik deposunda qatarların hərəkəti, eskalatorların, eləcə də digər mühəndis-texniki qurğu və avadanlıqların dizel-generatorlar vasitəsilə fəaliyyətininin yoxlanılmasıdır”, – o vurğulayıb.