“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarda yaranan texniki nasazlıq səbəbilə sərnişinlər “Nizami” stansiyasında düşürülüb.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
B.Məmmədovun sözlərinə görə, qatar texniki baxış üçün depoya göndərilib. Əvəzinə ehtiyat qatar xəttə verilib.
Yubanma intervaldan əlavə 2 dəqiqə olub.